Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Antiterror tədbirləri türkdilli ölkələrdə böyük rəğbətlə qarşılanır – Rufiz Hafizoğlu

Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri türkdilli ölkələrdə böyük rəğbətlə qarşılanır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktor müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri Rufiz Hafizoğlu deyib.

O qeyd edib ki, Azərbaycanın başlatdığı antiterror tədbirləri və bunun nəticələri türkdilli ölkələrin müxtəlif informasiya resurslarında mütəmadi olaraq əks olunmaqla yanaşı, bu ölkələrdə istifadə edilən sosial şəbəkələrdə də gündəm olub.

"Antiterror tədbirlərinin çox qısa bir zamanda nəticə verməsi türkdilli medialarda geniş işıqlandırılıb. Antiterror tədbirlərinin, birinci günündən etibarən, Türkiyənin demək olar ki, bütün media qurumları, telekanalları davamlı olaraq tədbirləri geniş işıqlandırıblar", - deyə R.Hafizoğlu qeyd edib.

O vurğulayıb ki, Azərbaycan ordusunun hədəfində yalnız hərbi legitim obyekt və infrastrukturların olması Türkiyəli izləyicilərin diqqətinə çatdırılıb.

Milli.Az