Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyası (EUMA) kağız üzərində guya "Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin perimetri boyunca gərgiliyin artmaması, deeskalasiya məqsədli fəaliyyət və müşahidə" ilə məşğuldur.
Əslində isə EUMA müşahidəçiləri rəsmi sənədlərdə göstərilmiş fəaliyyətdən başqa, hər iş görürlər.
Tam əksəriyyəti peşəkar hərbçilər, kəşfiyyatçılar, polislər və analitiklər olan EUMA qrupları şərti dövlət sərhədində gərginliyin azalmasına yox, artmasına xidmət etdirlər.
Faktlar və dəlillər bunu isbatlayır.
Kadrlara diqqətlə baxın.
EUMA missiyası şərti dövlət sərhədinə gəlir.
Onların durduğu məkandan arxada isə Ermənistan Silahlı Qüvvələrinin mövqeyidir.
Məhz həmin mövqedəki erməni snayper atəş açır və Azərbaycan Ordusunun əsgərini şəhid edir.
Ermənilərin təxribatına, snayperin atəşinə ordumuzun cavab verməsinin qarşısını almaq üçün EUMA avtomobilləri və müşahidəçilər yerlərindən tərpənmirlər.
Dayanıblar, erməniləri qoruyurlar.
EUMA-nın bu davranışı aşkar şəkildə beynəlxalq hüquqa qarşı çıxmaq, terrorizmi və cinayətkarlığı müdafiə etməkdir.
Fransanın, Hindistanın və Yunanıstanın ermənilərin Silahlı Qüvvələrinin 2-ci Qarabağ Müharibəsindən sonra darmadağın qalıqlarını bir yerə yığmaq, sürətlə silahlandırmaq və döyüş qabiliyyəti səviyyəsini artırmaq istiqamətində çox fəal çalışdıqları bəllidir.
Avropa İttifaqı prosesdə Ermənistana siyasi himayə göstərir.
Lakin ermənilərin havadarları hələ dərk etmirlər ki, hazırda ərazisində Rusiya, Fransa, İran, Almaniya, Kanada, Belçika, ABŞ və daha 4 ölkənin hərbçiləri olan Ermənistan sürətlə Suriyaya çevrilməkdədir.
Suriyalaşma prosesini aktivləşdirən, daha da genişmiqyaslı edənlər erməniləri müdafiə etmirlər - onlar erməniləri fəlakət uçurumuna itələyirlər.
Ermənilər yenə də havdaar axtarışına çıxdıqlarından, başlarına gətirilənlərin fərqinə varmırlar.
Anlayanda çox gec olacaq.
Orxan Hun
Milli.Az