Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycan - Qazaxıstan: Diplomatik münasibətlərin 30 illiyinə mahnı ərmağan etdi

Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Qazaxıstanın tanınmış gənc müğənnisi Yernar Sadırbayev (Əmre) Polad Bülbüloğlunun məşhur “Gəl ey səhər” mahnısını ifa edib.

Publika.az xəbər verir ki, bu əlamətdar günlə əlaqədar hazırlanmış videoçarxda iki qardaş ölkənin ən gözəl məkanları təqdim olunur.

İstedadlı ifaçı Y.Sadırbayev 12 yanvar 1995-ci il tarixində Nur-Sultanda dünyaya göz açıb. O, Jurqenov adına Qazax Milli İncəsənət Akademiyasının məzunudur. Pop-classic, Pop, R&В, Latino və digər üslublarda çıxış edir. Yernar “Delfi Oyunları – 2011”, “Boztorqay” və “Torağay” müsabiqələrdə çıxış edib, Milanda keçirilən “Ekspo” sərgisində iştirak edib və “Yeni Dalğa” müsabiqəsində “Qazaxıstanın Səsi” qrupunun üzvü olub. Y.Sadırbayev bir çox beynəlxalq müsabiqələrin laureatıdır.

Qeyd edək ki, Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi avqustun 27-də qeyd edilir.