Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığa dair sənəd imzalanıb - FOTO

Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığa dair sənəd imzalanıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Paylaşılmda deyilir:

"Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla ölkələrimiz arasında sıx münasibətlərin ikitərəfli iqtisadi əlaqələrin inkişafında rolu, kiçik və orta sahibkarlıq, sənaye, eləcə də standartlaşdırma və metrologiya sahələrində tərəfdaşlığın gücləndirilməsi üçün müştərək qurumların yaradılması barədə danışdıq. Qardaş ölkə ilə iqtisadi tərəfdaşlığımızın möhkəmlənməsi istiqamətində Anlaşma Memorandumu imzaladıq".

Milli.Az