Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycan XİN Türkiyəyə partlayışla bağlı başsağlığı verib

Azərbaycan XİN Türkiyəyə partlayışla bağlı başsağlığı verib

Qardaş Türkiyənin Almadağ qəsəbəsində zavodda partlayış xəbəri bizi çox kədərləndirdi.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter hesabında qeyd edilib.

"Dəhşətli hadisə nəticəsində vəfat etmiş soydaşlarımıza rəhmət, yaralılara şəfa diləyir, qardaşlarımızla həmrəyliyimizi ifadə edirik. Başın sağ olsun, Türkiyə", - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, bu gün Türkiyənin Almadağ qəsəbəsində yerləşən raket və partlayıcı zavodunda partlayış olub. Türkiyə Milli Müdafiə Nazirliyi partlayış nəticəsində 5 işçinin həlak olduğunu açıqlayıb.