Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycanı tərk edən qarabağlı ermənilərin

Ermənistanın rəsmi qurumları Azərbaycanı tərk edən qarabağlı ermənilərin sayını bilərəkdən şişirdirlər

Milli.Az bildirir ki, məqsəd "120 min qarabağlı erməni" mifini bu dəfə daha aktiv propaqanda vasitəsinə çevirməkdir.

Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bu gün saat 12:00-a olan məlumata görə 47.115 erməninin Qarabağdan Ermənistana getdiyini bildirib.

Bu rəqəm cəmi iki saat öncə 42.5 min idi. 2 saat ərzində 4.615 nəfərin "Laçın" postundan keçməsi inandırıcı deyil.

Hazırda RSK-nın müvəqqəti nəzarətindəki ərazilərdə separatçılar təşviş və panika mühiti yaradır, onların erməniləri zorla köçə vadar etdikləri deyilir.

Rusiyalı sülhməramlılar həmişə kimi, baş verənləri sadəcə, müşahidə edirlər.

Ermənistana yollanmış qarabağlı ermənilər isə elə qorxudulublar ki, burada, Laçında jurnalistlərimizə açıqlamalarında heç bir təzyiqlə üzləşmədiklərini deyən qarabağlı ermənilərin çoxu Gorusda erməni jurnalistlərə müsaşibələrində "əzab-əziyyət gördüklərini, canlarını götürüb qaçdıqlarını" deyirlər.

Milli.Az