Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Azərbaycanim” VI Respublika rəsm festivalina start verilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı,  Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "HEYDƏR ƏLİYEV İli" çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq  və  bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədi ilə "AZƏRBAYCANIM" VI RESPUBLİKA UŞAQ RƏSM FESTİVALIna start verilir və festival çərçivəsində müsabiqə elan olunur:

Yaşı 21-ə qədər  ressamlıq istedadı olan şəxslər 2023-cü il  aprel ayının 25-dək   rəsm əsərini fotosu ilə bərabər  əsərin adı, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini [email protected]    unvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.        

Əsərlər  tət-tək göndərilməli , məlumatlar dolğun olmalı,ən coxu 2  əsər göndərilməlidir.

  • Mövzu Gullər.
  • Ölçü və texnika sərbəstdir.
  • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz  düşüncələri ilə işlənmiş əsərlərə üstünlük  veriləcək!
  • Sərgilənməmiş - yeni əsərlər görmək istərdik!
  • Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.
  • Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası.
  • I turdan keçmiş  əsərlər  sərgilənmək Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.
  • Əlavə suallar  üçün    051-310-74 01 telefon və ya whatsapp ünvanına müraciət   edə bilər.
  • Seçimdən narazı qalanlar  (müəllim, valideyn və şagird ) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində  təyin olunmuş bir vaxtda müəllim nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq.

Festival iştirakçıları   hər yaş  qrupu  üzrə  ayrıca olaraq  diplom və hədiyyələrlə mükafatlandırılacaq.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Milli.Az