Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycanlı idmançı ermənini məğlub etdi - VİDEO

Azərbaycan təmsilçisi Rafiz Həsənov Rusiyanın paytaxtında keçirilmiş "Moscow - Karate Universe" beynəlxalq turnirində Ermənistan karateçisi Davit Makyana 5:0 hesabı ilə qalib gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Həsənov turnirin yalnız finalında yerli idmançıya məğlub olaraq, yekunda gümüş medal qazanıb.

15 ölkədən 307 idmançının mübarizə apardığı turnirə 11 karateçi ilə qatılan Azərbaycan yığması 6 mükafat əldə edib.

Asiman Qurbanlı (84+ kq) yarışın qalibi olub. Rafiz Həsənov (-75 kq) isə ikinci yeri tutub. Roman Heydərov (kata), Əminağa Quliyev (-60 kq), Hüseyn Məmmədli (-67 kq) və Pənah Abdullayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Rafiz Həsənov 24 ildir karate ilə məşğul olur. O, şotokan növü üzrə Avropa və dünya çempionudur.

Milli.Az