Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakıda bu mənzillərə tələb artıb

Bakıda bu mənzillərə tələb artıb

2022-ci ildə Azərbaycanda mənzil bazarında son 4 ildə ən yüksək artım qeydə alınıb.

Bu barədə Day.Az-a İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, ötən il qiymət artımları gözləntilərdən daha çox olub.

2022-ci ildə mənzil bazarında əvvəlki illər ilə müqayisədə daha ciddi qiymət artımları müşahidə olunub. Qiymət artımları həm yaşayış sahələrində, həm də qeyri-yaşayış əmlakda da qeydə alınıb. 2022-ci ildə qeyri-yaşayış sahələrinə (ofislər və obyektlər) tələbin artması müşahidə olunub. Nəticədə qeyri-yaşayış sahələrində qiymət artımı yaşayış mənzil və evlərinə nisbətən daha çox olub.

2022-ci ildə xüsusən qiyməti 150 min manatadək olan mənzillərə tələbin artması müşahidə olunub. Qiyməti 150 min manatadək olan mənzillərin qiymətində 8.3 faiz artım qeydə alınıb. 150-250 min manat qiymət aralığında təklif olunan mənzillər 7.1 faiz dəyər qazanıb. Ötən il daha bahalı mənzillərin qiymətində də 3.4 faiz artım qeydə alınıb. Bütövlükdə, əqdlərdə mənzillərin xüsusi çəkisi nəzərə alınmaqla 2022-ci ildə mənzillərin qiymətui 7.8 faiz, qeyri-yaşayış sahələrin qiyməti isə 8.4 faiz artıb.

Qeyd edək ki, rəsmi statistikaya görə, illik inflyasiya 2022-ci ildə orta illik inflyasiya 13,8% olub. 2022-ci ildə də inflyasiyanın yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. İnfilyasiyanın birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsinin xarici mənşəli olduğu bildirilir.