Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakının bu küçəsi təmir edilir - Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Zəngəzur küçəsi, döngə 3 ünvanında təmir işləri aparır.

Musavat.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, ümumi uzunluğu 450 metr olan sözügedən küçədə aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.

Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr olan küçə və yolun təmiri işləri aparılır.

Agentlik ötən il Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçəni təmir edib.