Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakıya qarşı plan: ermənilər "əsas gücü"

Ermənistan-Azərbaycan konflikti ilə bağlı mühüm dövr gəlir. 2023-cü ildən çox şey asılıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

O bildirib ki, ermənilərin əsas gücü diaspordur:

- Bütün dünyanı əhatə edən və nüfuzedici şəbəkə strukturu;

- Transkontinental fövqəldövlət əlaqələri və münasibətləri;

- Güclü lobbi mövqeləri və hətta dövlət başçıları və parlamentlər səviyyəsində erməni maraqlarının lobbiçiləri;

- Böyük maliyyə resursları və "kölgə şəbəkəsi"nə təsir göstərə bilən bankirlər;

- Xüsusi idealogiya və kilsə;

- Tarixi miflərin müstəsna dərəcədə effektiv istismarı;

- Öz milli maraqlarını digər dövlətlərin dövlət siyasətinin prioritetlərinə çevirmək bacarığı.

"2023-cü ildən çox şey asılıdır. Ermənistan bir ölkə kimi Azərbaycana uduzdu. Bu gün qlobal erməni diasporu Azərbaycana qarşı qlobal oyuna girir. Taleyüklü il olacaq..." - Korotçenko qeyd edib.

Milli.Az