Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Britaniya kralı: Rusiya Avropanın təhlükəsizliyini təhdid edir

Britaniya kralı III Çarlz Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Avropanın təhlükəsizliyinin və demokratik dəyərlərin təhdid altında olduğunu vurğulayıb.

Publika.az xəbər verir ki, bu barədə “France Press” məlumat yayıb.

"Müharibə bəlası Avropaya qayıtdı, Ukraynaya qarşı işğal müharibəsi bir çox günahsız insanlara inanılmaz əzablar gətirdi. Avropanın təhlükəsizliyi, eləcə də demokratik dəyərlərimiz təhdid altındadır. Amma dünya buna dözmədi”,- Çarlz deyib.

Bu, Kral III Çarlzın Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə haqqında ilk çıxışı deyil. Fevral ayında o, İngiltərənin cənubundakı Wiltshire bölgəsindəki hərbi düşərgədə olub və burada Ukrayna Silahlı Qüvvələrinin üzvləri ilə görüşüb.

Sonra Kral III Çarlz Ukrayna hərbçiləri ilə söhbət edib və onların Britaniyanın Ukrayna Silahlı Qüvvələrinə verdiyi Britaniyanın “Challenger 2” tanklarını, AS90 özüyeriyən silahlarını və müxtəlif növ artilleriya vasitələrini necə mənimsəmələrini izləyib.

Aydan