Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Britaniya şirkəti Ukraynada artilleriya üçün ehtiyat hissələri istehsal etməyi planlaşdırır

Böyük Britaniyanın "BAE Systems" şirkəti Ukraynada artilleriya üçün ehtiyat hissələrinin istehsalına başlamağı planlaşdırır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə şirkətin icraçı direktoru Çarlz Vudbern bildirib.

O qeyd edib ki, söhbət 105 mm kalibrli yüngül haubitsa üçün ehtiyat hissələrindən gedir.

Gələcəkdə şirkətin Ukraynada daha mürəkkəb silah növlərinin istehsalına keçəcəyi güman edilir. Bununla belə, Ukraynada zavodun tikilib-tikilməyəcəyinə müəyyən müddət ərzində qərar veriləcək.

Baş ofisi Londonda yerləşən Britaniyanın "BAE Systems" şirkəti dünyanın ən böyük müdafiə müəssisələrinə aiddir.

Qeyd edək ki, avqustun sonunda "BAE Systems"in Ukraynada ofisi açılıb. Müəssisənin nümayəndələri ilə görüşdə Prezident Volodimir Zelenski bildirib ki, şirkətin istehsalı olan silahlar, xüsusilə L119 və M777 artilleriya sistemləri, CV90 piyada döyüş maşını Ukrayna hərbçiləri tərəfindən fəal istifadə olunur. Həmin görüşün nəticəsi olaraq Ukrayna Müdafiə Nazirliyi ilə "BAE Systems" şirkəti arasında təmir, ehtiyat hissələri və yeni L119 yüngül silahların istehsalı üzrə əməkdaşlığa dair çərçivə sazişi imzalanıb. Şirkət, həmçinin Ukraynanın Strateji Sənaye Nazirliyi ilə "BAE Systems" silahlarının istehsalının lokallaşdırılması sahəsində əməkdaşlıq edəcək.

Milli.Az