Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu gözələ görə pandemiyanı unutmayacaq - FOTO

2020-ci ili dünya unutmayacaq. Koronavirus pandemiyası, karantinlər, xəstəxanalar və daha nələr-nələr. Özünüz hər şeyi xatırlayırsınız. Amma həmin ili uğurlu hesab edən ən azı bir nəfər var.

Milli.Az bildirir ki, söhbət "Mançester Siti"nin futbolçusu Bernardo Silvadan gedir. Çünki portuqaliyalı futbolçu həmin vaxt həyatını dəyişən şəxslə tanış olub. Söhbət sevgilisi İnes Tomasdan gedir.

İnes 24 iyun 1998-ci ildə Lissabonda anadan olub. O, "şəhərlilər"in futbolçusundan dörd yaş kiçikdir. Peşəkar modeldir. Böyük bacısının uğurlarından ruhlanaraq bu peşəni seçib.

İnes və Bernardo tanış olan kimi münasibət qurublar. Onlar 2021-i birlikdə qarşılayıblar. Buna görə də futbolçu 2020-ci ili yalnız dünyada baş verən dəhşətlərə görə xatırlamayacaq. Ötən il portuqaliyalı vinger İnesə evlilik təklif edib. Xanımın cavabı təbii ki, müsbət olub. Onlar tezliklə evlənəcəklər.

İnes Silvaya görə Lissabondan Mançesterə köçüb və modellik karyerasını İngiltərədə davam etdirir. Yayılan xəbərlərə inansaq, Bernardo Silva "Barselona"ya transfer oluna bilər. Bu səbəbdən Kataloniya moda sənayesinə daha bir gözəlin qoşulacağı gözlənilir. (publika)

Milli.Az