Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu gün Çempionlar Liqasında 8 matç var

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.

İlk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 oyun keçiriləcək.

Gecənin ən maraqla gözlənilən matçı İtaliyada baş tutacaq. "İnter" doğma meydanda İspaniya "Barselona"sını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. C qrupunun lideri "Bavariya" isə Almaniyada Çexiyanın "Viktoriya" (Plzen) komandasını sınağa çəkəcək.

Daha bir vacib görüş A qrupunda olacaq. İlk 2 turdan maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edən İtaliya "Napoli"si Niderlandda "Ayaks"ın qonağı olacaq. Bu qrupun digər matçında isə "Liverpul" İngiltərədə Şotlandiya "Reyncers"i ilə üz-üzə gələcək.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

4 oktyabr

A qrupu

Xal durumu: "Napoli" - 6. "Liverpul" - 3. "Ayaks" - 3. "Reyncers" - 0.

B qrupu

Xal durumu: "Brügge" - 6. "Bayer" - 3. "Atletiko" - 3. "Portu" - 0

C qrupu

Xal durumu: "Bavariya" - 6. "Barselona" - 3. "İnter" - 3. "Viktoriya" - 0

D qrupu

Xal durumu: "Sportinq" - 6. "Tottenhem" - 3. "Ayntraxt" - 3. "Marsel" - 0.

Milli.Az