Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

22 may 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiye Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı məsələlər müzakirə edilib.