Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Dado: "Artıq pis vərdişlərdən uzaqlaşmışam" - VİDEO

Dado ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Səid Əliyev sosial şəbəkələrdə haqqında yayılan pis vərdişlərlə məşğul olması ilə bağlı iddialara münasibət bildirib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi bununla bağlı qonaq olduğu "Səhər mərkəzi" verilişində danışıb. Dado bildirib ki, əvvələr məşğul olduğu pis vərdişlərdən uzaqlaşıb: 
"Allah "TikTok" sosial şəbəkə platformasını çıxardanın bəlasını versin. Demək istəyirəm ki, artıq pis vərdişlərdən qutarmışam. Xahiş edirəm, arxamca o barədə danışmayın. Başqa nə danışırsızsa qəbuldur". 
Qeyd edək ki, repçi Səid Əliyev müğənni Natavan Həbibi ilə evlidir. Onlar dəfələrlə küsüb-barışsalar da, Natavan son açıqlamasında hələ də ərindən boşana bilmədiyini açıqlamışdı. Cütlüyün Zeyd Əliyev adlı bir oğlan övladı var. 

Milli.Az