Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

DÇ-2022: Ronaldu ən bərbadlar arasında

DÇ-2022: Ronaldu ən bərbadlar arasında

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının qrup mərhələsinin ən pis oyunçularının simvolik komandasına daxil edilib.

Fanat.Az "SofaScore" statistik portalına istinadən xəbər verir ki, Ronaldu qrup mərhələsinin sonunda 6,37 xal toplayıb. 

37 yaşlı hücumçu üç görüşdə bir qol vurub. Portuqaliyalı ulduz yalnız Qana ilə oyunda penaltidən fərqlənib.

Ən pis oyunçular komandasına Qətər millisinin 4 futbolçusu da daxil edilib: Meşal Barşim, Homam Əhməd, Kərim Budiaf və Almoez Əli. Siyahıda həmçinin kosta-rikalılar - Fransisko Kalvo və Oskar Duarte, kanadalılar - Alister Conston və Tajon Buşanan, avstraliyalı Metyu Leki və Səudiyyə Ərəbistanını təmsil edən Abdulela Əl-Malki yer alıb.