Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Deputat: “Dələduz Vardanyan qanunsuz silahlı dəstələrlə birgə ya Qarabağdan rədd ediləcək, ya da ...”

Deputat: “Dələduz Vardanyan qanunsuz silahlı dəstələrlə birgə ya Qarabağdan rədd ediləcək, ya da ...”

“Qarabağda Rusiyanın müvəqqəti hərbi kontingentinin müvəqqəti kontrolu altında olan torpaqlarımızdan ordumuzun mövqeləri son günlər ardıcıl atəşə tutulur ki, mən bu cür təxribatlara şərait yaradılmasını qətiyyətlə pisləyirəm. Bunu görməzdən gələn Rusiya hərbi kontingentinin təxribat törədən qanunsuz silahlı dəstələr yerində oturdularkən baş verənləri Azərbaycan ordusunun atəşkəsi pozması kimi təqdim etməsi və həmən açıqlamalarda bizim yaşayış məntəqələrinin dəyişdirilmiş adlarla göstərilməsi faktı da heç cür anlaşılan deyil”.

Deputat Sahib Alıyev bunu parlamentdəki müzakirələr zamanı söylədi. O, rus kontingentinin milli toponimlərimizi saxtalaşdırmasına da münasibət bildirdi: “Axı, Tərtər rayonunun Ağdarə qəsəbəsinin adı indi Kalininqrad adlandırılan Köniqsberq kimi sonradan dəyişdirilib Ağdərə olmayıb, elə əvvəldən Ağdərə idi.

Belə primitiv addımlarla, Vardanyan kimi dələduzu təlimatlandırb Xankəndinə göndərməklə, regionda uzunmüddətli qalmalarını təmin etməyə çalışanlar və bunun elə belə də olacağını düşünənlər yanılırlar”.

S. Alıyev dedi ki, Azərbaycan cəmiyyətinin Ukraynada baş verənlərə neqativ yanaşması daha çox beynəlxalq hüququn kobud şəkildə pozulmasına görə idisə, bəzən hətta hər iki tərəfin bu qarşıdurmaya cəlb edildikləri düşünüldüsə, Vardanyan kimi dələduzun Qarabağda peyda olması başqa reallığı üzə çıxarır: “Hər kəs aydın görür ki, hay əsilli cinayətkar ünsür Armen Sərkisyanla soydaşı “Taşir Samvel” deyilən tip Ukraynada hansı misisyanı yerinə yetirməyə yönləndiriliblərsə, Vardanyan da bənzər tapşırqla Azərbaycan göndərilib. Xatırladım ki, Ukrayna kəşfiyyatı onlara qarşı savaşmaq üçün Sarkisyanın özü kimi cinayətkar ünsürlərdən “Vaqner”ə bənzər yeni muzdlu dəsətə düzəltiyini və onu da Rusiyanın hay əsilli milyarderi Samvel Karapetyanın maliyyələşdirdiyi xəbərini yayıb. Hiss olunur ki, Vardanyayna da bənzər missiya tapşırıblar. Sadəcə, o ikisi birində funksiyasını yerinə yetirir, yəni etməyə hazırlaşdığı və başladığı təxribatları özü maliyyələşdirməlidir.

Əlbəttə, dövlətimizin uyğun sturktrları bu reallığı görməzdən gələ bilməzlər və əminəm ki, gəlməyəcəklər də.

Dələduz Vardanyan qanunsuz silahlı dəstələrlə birgə ya Qarabağdan rədd ediləcək, ya da tutulub Bakıya gətirləcək.

Orasını da deyim ki, nə qədər pafoslu danışsa, əsl hay patriotu kimi görünməyə çalışsa da, bu dələduzun özü də Qarabağa göndərilməsindən heç də razı görünmür. Onun bütün çıxışlarında bu, açıq-aydın sezilir. Yəni hiss olunur ki, o, bəlkə də son bir ildə intihar edildikləri bildirilən rusiyalı milyarderlərin siyahısında yer almamaq üçün Qarabağa “ezamiyyət”ə razı olub”. Deputat sonda onu da dedi ki, Gədəbəylə İsmayıllıdakı Slavyanka və İvanovka adlı kəndlər, orada rusların yaşamaları həmən kəndlərin Azərbaycanda yerləşdiklərini şübhə altına alımadığı kimi, Qarabağdakı yaşayış məntəqələrinin adlarının haylar arzulayan şəkildə təqdim edilməsi də heç nəyi dəyişmir: “Qarabağ Azərbaycandır!”

E.Paşasoy,


Musavat.com