Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Elektron hökumətlə bağlı “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik edilib

Elektron hökumətlə bağlı “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 28.2-1-ci maddə əlavə edilir:

"28.2-1. Kompensasiyaların alınması üçün müraciət edilməsi ilə əlaqədar tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.".