Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur

Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur

Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları gücləndirməyə və döyüşkən ritorikaya əl atmağa sövq edir.

Day.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu sessiyasında çıxışında deyib.

Nazir bildirib ki, Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli və Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün yaranmış tarixi fürsətdən istifadə etməlidir.

"Bu, regionda sülh, təhlükəsizlik və əməkdaşlığa doğru yol açacaq", - deyə nazir əlavə edib.