Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

FİFA prezidenti "Qarabağ"a görə AFFA-ya məktub göndərdi

FIFA prezidenti Canni İnfantino "Qarabağ"ı Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün çempionu olması ilə bağlı təbrik edib.

Publika.az xəbər verir ki, bununla bağlı ali futbol qurumundan AFFA-ya məktub ünvanlanıb. Məktubda bunlar qeyd edilib:

“Qarabağ”ı 2022/2023-cü illər mövsümündə Azərbaycanın çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm! Bu titul komandanın zəhməti, ehtirası və fədakarlığı olmadan əldə edilə bilməzdi. Klubdakı hər kəslə fəxr edə bilərsiniz. Bu böyük nailiyyətdə əməyi keçən hər kəsə mənim təbriklərimi çatdırın".

Heybət