Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Gözü yaralansa da, gülə-gülə döyüşə davam edən zabit danışdı

Gözü yaralansa da, gülə-gülə döyüşə davam edən zabit danışdı

Gözü qanlar içində döyüşən baş leytenant Ceyhun Quliyev ATV-nin "Xəbərin olsun" proqramının canlı efirinə quşulub.

Day.Az xəbər verir ki, yaralı halda pozitiv olan zabit, bu görüntülərini öz telefonu ilə lentə alıb.

Daha sonra dostlarına bu görüntüləri göndərən baş leytenant, öz hislərini və yaşadıqlarını ATV izləyiciləri ilə bölüşüb:

"Həmin anlarda mən yaralandım. Dərhal sonra özümə gəldim. Gördüm ki, bədənimdə sadəcə yüngül qəlpə izləri var.  Qolumdan, gözlərimdən qan axırdı. Qolumu bağladım, tez telefonumu götürüb video çəkdim. Videonu dostlarıma atdım ki, Şəhid olsam görüntü qalsın. Həm də bildirmək istədim ki, qorxulu bir şey yoxdur. Bu anlar bizim üçün sadəcə düşməndən qisas almaq üçün idi".

Daha ətraflı videoda: