Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Griffits: Qarabağda elektrik avtobuslar, velosipedlər üçün yollar olacaq

Cəbrayıl və Şuşa şəhərlərində elektrik avtobuslar və velosipedlər üçün ayrı yollar olacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu şəhərlər üzrə dizayner Adiran Griffits "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Bakıda keçirilən "Davamlı şəhər inkişafının idarə edilməsində şəhər hərəkətliliyinin əhəmiyyəti" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda deyib.

"Cəbrayıl və Şuşada yol infrastrukturunun qurulmasında iştirak edirəm. Hər iki şəhərdə elektrik avtobuslarının və velosipedlərin hərəkəti üçün şərait yaradılır. Velosiped yolunu yaradan zaman bunun üçün parklanmanı, təhlükəsizliyi təmin etmək vacibdir. Əsas diqqət etdiyimiz məqamlardan biri də velosiped yollarının yaşıllıq, mənzərəli yerlərdən salınmasıdır. Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturu insanlar üçün təhlükəsiz, təmiz olmalıdır", - A.Griffits bildirib.

Milli.Az