Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İkinci dəfə ailə qurdu, özündən 19 yaş kiçik qızla

Avropada "Sampdoriya", "Parma", "Latsio", "Mançester Yunayted", "Çelsi" və "İnter"də çıxış etmiş məşhur argentinalı yarımmüdafiəçi Xuan Sebastyan Veron ikinci dəfə evlənib.

Publika.az xəbər verir ki, 48 yaşlı Veronun seçdiyi şəxs Valentina Martin vəkil işləyir və özündən 19 yaş kiçikdir. Evlilik barədə məlumatı da sosial şəbəkədə məhz Valentina yayıb:

“Mən bunu xəyal edirdim və həmişə gələcəyinə inanaraq bu anı təsəvvür edirdim! Bu gün mən bu xəyalımı indiyə qədər tanıdığım ən inanılmaz insanla gerçəkləşdirdim... Sən mənə qayğı göstərməklə, hörmət etməklə, əsl sevginin olduğunu hiss etdirərək həyatımı tamamilə dəyişməyə gələn insansan. Sən mənim evim, ailəm və həyatımın adamısan! Mən səni sevirəm!!!!!!! Bu an əbədi olaraq həyatımızda bir çox vacib günlərdən biri olaraq qalacaq! Çox sağ ol!”

Veron əvvəllər Maria Florensia Vinaccia ilə evli olub. Cütlüyün uşaqları Lara və Deyan adlı iki övladı var.