Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İndiki mərhələdə bununla bağlı fikir yoxdur -

Erməni tərəfdən birgə danışıqlar, təmaslarla bağlı təkliflər gəlirdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

"Həmin vaxt diaspor qəti şəkildə bunu qəbuledilməz saydı. Çünki torpaqlarımız işğal altında idi. İndiki mərhələdə isə belə fikirlər hələ ki, yoxdur.

Bu gün bu məsələ ilə Azərbaycan dövləti məşğul olur. Reinteqrasiya və etimad mühitinin qurulması istiqamətində işlər davam edir. Bizim xaricdə yaşayan soydaşlarımız da Vətəndə gedən prossesləri izləyirlər. İndiki məqamda biz şəhidlərimizi yad edirik.

Bu proses Azərbaycan dövləti tərəfindən səbrlə beynəlxalq hüququ nəzərə alaraq həyata keçirilir", - deyə o, əlavə edib.

Milli.Az