Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İngiltərədə uşaqla birlikdə böyüyən ayaqqabılar satışa çıxarılacaq -

Britaniyanın "Pip&Henry" startapı uşağın yaşı artdıqca böyüyən uşaq idman ayaqqabısı hazırlayır - ayaqqabı onu geyinən uşağa çox kiçik olana qədər üç yarım ölçüyə qədər böyüyə bilir. İdeya müəllifləri hesab edirlər ki, onların kəşfi iqlim böhranı ilə mübarizəyə kömək edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaradıcıların fikrincə, texnologiya bir cüt ayaqqabının ömrünü ən azı iki dəfə artıracaq. Bu o deməkdir ki, zibilxanada tullantıların miqdarı da azalacaq.

Brendin yaradıcısı Jeru Dudmal uzanan ayaqqabı yaratmaq ideyasının qızı dünyaya gələndən sonra ağlına gəldiyini söyləyib.

"Pip&Henry" hazırda uzanan ayaqqabılar üçün altlıq variantları üzərində işləyir. Mümkün variantlar arasında uzanan və yerində bağlana bilən çevik material və ayaqqabıya quraşdırılmış sürüşmə mexanizmi var.

Ekoloji ayaqqabıların 2023-cü ildə satışa çıxarılması nəzərdə tutulur. Yaradıcılar idman ayaqqabısı üçün mümkün qədər aşağı qiymət təyin edəcəklərinə söz verirlər ki, mümkün qədər çox ailə ala bilsin.

Milli.Az