Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İslamın nəzərində xoşbəxt ailə necə

İslamın nəzərində xoşbəxt ailə necə

Ailə kiçik bir cəmiyyətdir ki, əsasını ana ilə ata təşkil edir. Bu kiçik cəmiyyətdə uşaqlar dünyaya gəlir və tərbiyə alırlar. Ata və analarından həyat dərslərini öyrənirlər.

Allah bütün dünyanı sevgi üzərindən xəlq etmişdir. Əgər dünyada sevgi və məhəbbət olmazsa nə qış olar, nə də bahar.

Ailə də kiçik bir cəmiyyət kimi sevgi üzərində qurulmuş müqəddəs məkandır. Sevgi və məhəbbət sayəsində ailədə qarşılıqlı səmimiyyət meydana gələr. Bu sevgi bağları atanı, ananı və övladları bir-birinə bağlayar.

Bu dünyada heç bir şey ailə sevgisindən və məhəbbətindən mühüm deyildir.

Bəzi amillər vardır ki, ailədə sevgiyə səbəb olar:

1. Ata, ana və övladlar arasındakı yaxşı rəftar.

2. Həyat yoldaşları ilə övladlar arasında olan qarşılıqlı ehtiram.

3. Həyat yoldaşına və uşaqlara hədiyyə vermək.

4. Həyat yoldaşını və övladlarını şad etmək.

5. Həyat yoldaşının ehtiyaclarını dərk etmək.

6. Ailə üzvlərinin təqvasını artırmağa səy göstərmək.

"Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbir et. Biz səndən heç bir ruzi istəmirik (ki, sənin də imkanın olmasın və gücün çatmasın). Sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya məxsusdur". ("Taha" 132).

Milli.Az