Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İsrail prezidenti müsəlman ölkələrinin liderlərini Ramazan ayı münasibətilə təbrik edib

İsrail Prezidenti İshaq Hersoq bəzi müsəlman ölkələrinin liderləri ilə telefon danışığı keçirərək onları qarşıdan gələn müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail Prezidentinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, Y.Hersoq son günlərdə Bəhreyn və İordaniya kralları Həməd bin İsa Əl Xəlifə və II Abdullah, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə Prezidentləri Məhəmməd bin Zayed Əl Nəhyan və Rəcəb Tayyib Ərdoğan, Fələstin lideri Mahmud Abbas və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə danışıb. Bundan əlavə, İ.Hersoq Seneqal prezidenti Maki Salem və Albaniya lideri Bayram Beqaya da zəng edib.

"Prezident bu liderlərlə telefon danışıqlarında regionda sülh və sabitliyin olacağına ümid etdiyini bildirib, onlara və xalqlarına sülh, xoşbəxtlik və sağlamlıq gətirəcək Ramazan ayı arzulayıb", - deyə mətbuat xidmətindən bildirilib.

Eyni zamanda, İsrail Prezidenti Mərakeş Kralı VI Məhəmmədə və Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə yazılı təbrik məktubu göndərib.

Milli.Az