Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İsveç haqqın yoluna qayıdır: PKK üçün xərac toplayan mühakimə ediləcək

İsveçdə terror təşkilatı PKK/YPG-yə xərac toplayan şəxsin bir neçə həftə ərzində “terroru maliyyələşdirmək, qəsb etməyə cəhd və silahlı hücum” ittihamı ilə mühakimə olunacağı bildirilib.

Publika.az xəbər verir ki, dövlət radiosu SR İsveç tarixində ilk dəfə terror təşkilatı PKK/YPG üçün pul toplayan şəxsin mühakimə olunacağını deyib.

SR-yə açıqlama verən prokuror Hans İhrman, "PKK İsveçdə şantaj yolu ilə pul toplamaqda günahlandırılır. Bu, uzun müddətdir mütəşəkkil şəkildə həyata keçirilən daha əhatəli fəaliyyətlərin bir hissəsidir. İstintaq dərinləşdikcə dərinləşir, araşdırılır”- deyib.

Hadisənin ciddi cinayət kimi qiymətləndirilməsi lazım olduğunu qeyd edən İhrman əlavə edib:

"Bu işdə terroru maliyyələşdirməyə cəhd ciddi cinayət kimi qiymətləndirilməlidir, çünki pulların terror hücumlarına getməsi riski var".

Aydan