Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kiyevdən Londona tarixi səfər: Dərhal bu xahişi edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün, fevralın 8-də Böyük Britaniyaya gələcək.

Publika.az xəbər verir ki, bu barədə BBC Dauninq-stritə istinadən xəbər yayıb.

Bu, onun fevralın 24-dən bəri Böyük Britaniyaya ilk səfəri olacaq.

Zelenski Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşəcək və parlamentdə çıxış edəcək. "Sky News" yazır ki, Ukrayna Prezidenti hərbi texnikanın tədarükünün dərhal artırılmasını xahiş edəcək.

Cənab Sunak cənab Zelenskiyə Ukrayna hərbi qulluqçularının təlimini gücləndirməyi, o cümlədən NATO standartlarına uyğun təyyarələrdə uça bilmələri üçün onlara qırıcı təyyarələri idarə etməyi öyrətməyi təklif edəcək. O, həmçinin dərhal dəniz piyadaları proqramının başlamasını təklif edəcək.

Dauninq-stritin məlumatında deyilir ki, baş nazir Ukrayna Prezidenti ilə Kiyevə uzaqmənzilli silahların tədarükü məsələsini müzakirə edəcək. Bu silahlar Rusiyanın Ukraynanın mülki və kritik vacib milli infrastrukturuna hücumunun qarşısını almaq üçün nəzərdə tutulub.

Səxavət