Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Lufthansa ITA Airways səhmlərinin 40%-ni almaq niyyətindədir

Lufthansa ITA Airways səhmlərinin 40%-ni almaq niyyətindədir

Almaniyanın "Lufthansa" aviaşirkəti "ITA Airways" aviaşirkətinin səhmlərinin 40%-ni 250 və ya 300 milyon avroya satın almaq niyyətindədir.

Day.Az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat verib.

Məlumata görə, İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi ilə aviaşirkət arasında danışıqlar "yaxşı gedir." Mənbə məqsədin "Avropa Komissiyasının təsdiqini qısa vaxtda əldə etmək" üçün "satış haqqında ilkin razılaşmanın mümkün qədər tez imzalanması"ndan ibarət olduğunu əlavə edib.

Yanvarın 27-də İtaliyanın Maliyyə Nazirliyi ilə "Lufthansa" şirkəti arasında "ITA Airways" aviaşirkətinin minoritar səhmlər paketini əldə etmək niyyəti haqqında sənəd imzalandı.

İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyinə məxsus olan "ITA Airways" şirkətinin əsası son iki onillik ərzində maliyyə çətinliyi yaşamış və 2021-ci ilin oktyabr ayında formal olaraq fəaliyyətini dayandırmış "Alitalia" şirkətinin bazasında qoyulub.