Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

NATO münaqişəyə daxil olarsa... - Malomujdan kritik açıqlama

NATO Ukraynadakı münaqişəni “çox tez” bitirə bilər, lakin bu halda nüvə müharibəsi riski kritik dərəcədə artacaq.

Publika.az xəbər verir ki, bu sözləri yerli KİV-ə müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2005-2010-cu illərdə rəhbəri, general Mikola Malomuj bildirib.

O qeyd edib ki, hazırda Ukraynada Rusiya ilə NATO arasında qarşıdurma ssenarisi praktiki olaraq işlənmir.

“Əgər çox təsirli əməliyyat hazırlansaydı, müharibə tez başa çata bilərdi, çünki Rusiya NATO-nun birləşmiş qüvvələrinin potensialının onda birinə belə malik deyil. Amma bu, əlbəttə ki, nüvə qarşıdurmasının və nüvə müharibəsinin dərəcəsinin artmasıdır”, - Malomuj deyib.

General hesab edir ki, NATO münaqişəyə daxil olarsa, Rusiya strateji hücum nüvəsini yerləşdirməyə və zərbə vurmağa çalışacaq:

“Belə olan halda dünya qlobal böhran və bütövlükdə bəşəriyyətin məhv olmaq təhlükəsi astanasında olardı. Bayden və digər dünya liderləri bu xətti çox aydın hiss edirlər. Ona görə də hesab edirəm ki, qlobal hücum olmayacaq və hazırda belə bir ssenari işlənmir. Ssenari Rusiyanın NATO ölkələrindən birinə - Baltikyanı ölkələrə, Polşaya qarşı təcavüzə başlayacağı halda hazırlanır. Sonra Rusiyanın qarşısında güclü NATO qüvvələri dayanacaq”.

Akqabay