Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Naxçıvan görüşü nəyi dəyişəcək?

Azərbaycana qarşı media müharibəsində Tehranın istifadə etdiyi arqumentlərin bir xeylisi Naxçıvanla bağlıdır - 1) Naxçıvan əhalisi İrana meyil edir; 2) Naxçıvanın ərzaq təchizatında, əhaliyə tibbi xidmətdə İran əsas rol oynayır; 3) Azərbaycandan Naxçıvana nəqliyyat əlaqəsi İran üzərindən həyata keçirilir; 4) Naxçıvanın erneji təminatı İrana bağlıdır.

Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Naxçıvanda keçirilmiş görüş və imzalanmış sənədlər bu arqumentlərdən daha birini aradan qaldırdı. İmzalanmış sənədlərə əsasən, Naxçıvanla Türkiyənin Iğdır vilayəti arasınd qaz kəməri çəkilir. Beləliklə də, Naxçıvanın İrandan enerji asılığına son qoyulur. Bu o deməkdir ki, İran, sadəcə enerji məsləsində Naxçıvan üzərindən təzyiq imkanını itirmir, həm də məsələn, Transxəzər layihəsinin reallaşmasına əngəl törətməkdə davam etsə Aşqabat, Bakı və Tehran arasında üçtərəfli svop anlaşmasına yenidən baxıla, İranın ixrac istiqamətlərindən biri itrilə bilər.

Bundan əvvəl elektrik satansiyalarının tikilməsi ilə Naxçıvan elektrik enerjisi idxal edən bölgədən ixrac edən bölgəyə çevrilmiş, xaricdən elktrik enerjisi sahəsində asılığıa son qoyulmuşdu.

Naxçıvanın ərzaq təchizatında da indi Türkiyənin rolu daha çoxdur, yerli istehsalın artması da ərzaq asılığını minimallaşdırıb. Eləcə də statistika göstərir ki, Naxçıvan əhalisi müalicə turizmi məqsədilə indi daha çox Türkiyəyə üz tutur.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə isə Naxçıvanın İrandan asılılığına tam son qoyula bilər. İran tərəfi dəhliz əleyhinə çıxarkən mövqeyini belə əsaslandırırdı:

Birincisi, Tehran Azərbaycan ərazisi ilə Naxçıvan arasında rabitə rolunu itirir.

İkincisi, İran artıq Türkiyə ilə Orta Asiya arasında öz rolunu oynamayacaq.

Üçüncüsü, ölkə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə, yəni Ermənistanla inteqrasiya nöqtəsini itirəcək.

Dördüncüsü, Orta Dəhlizin artan strateji dəyəri ilə Zəngəzur dəhlizi İranın Şərq və Qərb arasında nəqliyyat əlaqələrində əsas rolunu daha da azaldacaq.

Zəngəzur dəhlizi ətrafından qaldırılmış bunca ajiotajın mühüm səbəblərindən biri də məhz ilk iki “arqumentlə" bağlıdır. Çünki digər arqument-guya dəhliz istifadəyə veriləcəyi təqdirdə İranın Avropa qapısnın bağlanacağı haqda iddialar tənqidə dözmür. Çünki bu, hələ coğrafi relyefin çətinliyinə görə tam istifadəyə verilməyən Nurduz-Gorus yolunun mövcudluğunu istisna etmir. Üstəlik, İranın Avropa və Avrasiya İttifaqları bazarlarına çıxışı indi Ermənistan üzərindən deyil, Azərbaycan, Xəzər dənizi, Türkmənistan və Qazaxıstan üzərindən həyata keçirilir. Kommunikasiyaların açılacağı təqdirdə isə İran Naxçıvan üzərindən Ermənistana və Türkiyəyə keçməklə, Culfa-Bakı-Moskva xəttilə isə Rusiyadan kjeçməklə Avropa və Rusiyaya əlavə nəqliyyat imkanları qazanacaq. Yəni məntiqlə Zəngəzur dəhlizi İranın əleyhinə deyil, lehinə olan bir layihədir. Amma məhz Türkiyənin Oarta Asiya ilə, Azərbaycanın Naxçıvanla əalqələrdə İrandan asılı etmək istəyi İranı dəhlizə qarşı çıxmasının əsas səbəbidir.

Amma R.Ərdoğanın Naxçıvandan geri dönərəkən jurnalistlərə verdiyi müsahibədə İrandan müəyyən müsbət siqnallar daxil olduğunu deyib. Demək, Naxçıvanın İrandan asılı olduğu və beləliklə, Azərbaycan təzyiq imkanı olan sonuncu amil də aradan qaldırılır.

Cəmaləddin Quliyev, siyasi ekspert