Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Neymarın ayağının dəhşətli görüntüsü

Serbiya yığmasının futbolçuları Braziliya ilə oyununda təkcə Neymara qarşı doqquz (!!) qayda pozuntusuna yol verib.

Publika.az xəbər verir ki, “Fiorentina”nın müdafiəçisi Nikola Milenkoviçin sonuncu – doqquzuncu qayda pozuntusu isə çox sərt oldu. Serb ikili mübarizədə Neymarın topuğunu dəhşətli şəkildə bükdü.

Oyunu davam etdirə bilməyən Neymar əvəzləndi. Bundan sonra internetdə Neymarın zədələndiyini anı əks etdirən fotolar yayıldı. Futbolçu paltardəyişmə otağına getmək üçün butsunu çıxarmalı olub. Ayaq o qədər şişmişdi ki, sadəcə ayaqqabıya sığmırdı.

Zədədən iki gün keçib. Bu gün Neymar ayağının necə göründüyünü əks etdirən foto paylaşıb. Topuğun daha yaxşı göründüyünü söyləmək çətindir, amma oyunçunun özü nikbinliyini itirmir.