Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Odessa qərarını verdi: Yekaterinanın abidəsi sökülür

Odessa qərarını verdi: Yekaterinanın abidəsi sökülür

Odessa Şəhər Şurası bu gün keçirilən iclasında Rusiya çariçası II Yekaterina və generalissimus Aleksandr Suvorovun abidəsinin sökülməsi ilə bağlı qərar qəbul edib.

Musavat.com xəbər verir ki, II Yekaterinanın abidəsinin sökülməsinin lehinə 43 deputat səs verib, Suvorovun heykəlinin yıxılmasını isə 41 deputat dəstəkləyib.

Odessanın meri Gennadi Truxanovun sözlərinə görə, əvvəllər şəhərdə imperiya keçmişinin parkının yaradılması təklif edilmişdi. II Yekaterinanın abidəsinin də həmin parka köçürülə biləcəyi müzakirə olunub. Sökülən abidə müvəqqəti olaraq saxlanmaq üçün şəhər muzeyinə təhvil veriləcək.

Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibədən sonra Odessa hakimiyyəti dəfələrlə “Odessanın qurucuları” abidəsinin taleyi ilə bağlı müxtəlif plan irəli sürüb. Əvvəlcə rəsmilər tarixin məhv edilməsinin əleyhinə çıxış etsələr də, sonradan mövqelərini dəyişiblər.

Oktyabr ayında “Odessanın qurucuları” abidəsinin taleyi ilə bağlı elektron sorğu zamanı təxminən 4 min insan onun tamamilə sökülməsi barədə rəy verib.

Qeyd edək ki, general Aleksandr Suvorovun heykəli 2012-ci ildən Odessada ucaldılıb. Həmin abidə də şəhər sovetinin ovaxtkı deputatı, indi isə mer Gennadi Truxanovun təşəbbüsü ilə quraşdırılıb. Bu ilin oktyabrın 29-da isə İzmail şəhər şurasının deputatları komandir Aleksandr Suvorovun atlı heykəlini yerindən tərpətmək qərarına gəliblər.

II Yekaterina Rusiya imperiyası dövründən Odessanın qurucusu hesab olunurdu. Abidə 1894-cü ildə şəhərin yaranmasının 100-cü ildönümündə ucaldılıb, lakin 1917-ci il inqilabından sonra sökülüb.

Musavat.com