Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Paşinyan alman deputatlarla regionu müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Bundestaqının spiker müavini Tabea Rösnerin başçılıq etdiyi Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun üzvlərini qəbul edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Paşinyan Ermənistanın Almaniya ilə tərəfdaşlığa önəm verdiyini bildirib.

Almaniyaya səfərini dəyərləndirən Paşinyan bunu səmərəli adlandırıb və Berlindən xoş təəssüratlarla qayıtdığını qeyd edib.

Bundan əlavə, tərəflər regiondakı vəziyyət, təhlükəsizlik çağırışları və sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar. Baş nazir bu kontekstdə AB-nin uzunmüddətli müşahidə missiyasının rolunu vurğulayıb.

Paşinyan həmçinin almaniyalı deputatlarla Qarabağ, o cümlədən Laçın dəhlizindəki vəziyyəti müzakirə edib.

Milli.Az