Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Putin mənə dedi ki, bu üç ölkə...” - Tokayev

“Putin mənə dedi ki, bu üç ölkə...” - Tokayev

Qazaxıstan Rusiya Prezidenti Vladimir Putinin Rusiya, Qazaxıstan və Özbəkistan arasında üçtərəfli ittifaq yaratmaq, o cümlədən qaz sahəsindəki məsələlərin həlli təklifinin tərəfdarıdır.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Bəli, elə məsələlər var ki, əlavə razılaşma və hətta danışıqlar tələb olunur. Söhbət xüsusilə qaz sektorundan gedir. Amma burada heç bir məsələni dramatikləşdirmirik. Sadəcə Vladimir Vladimiroviçə dedim ki, belə məsələlər var, müzakirə tələb edir, amma heç bir dramatizasiya olmadan. Bunlar biznes məsələləridir”, - Qazaxıstan lideri bildirib.

Tokayev tərəflərin müvafiq razılaşmalar əldə edəcəklərinə əmin olduğunu söyləyib.

“Vladimir Vladimiroviç dedi ki, biz hansısa üçtərəfli ittifaq yaratmalıyıq və o, Özbəkistan prezidentinə zəng vurmağa hazırlaşır. İstənilən nəticə və razılaşmalara nail olmaq üçün biz də, ən azı, mən bu mövzunu daha dərindən araşdırmalıyıq. Prinsipcə, biz buna hazırıq. Niyə də yox”, - Qazaxıstan prezidenti vurğulayıb.

Kasım-Jomart Tokayev noyabrın 27-də Rusiyaya səfər edib.