Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Qarabağ"da növbəti ayrılıq

“Qarabağ”da daha bir ayrılıq reallaşıb.

Publika.az xəbər verir ki, hücumçu Ovusu Kvabena klubu tərk edib. “Ferentsvaroş” uzun sürən danışıqlardan sonra "atlılar"la ortaq məxrəcə gəlib. Qanalı forvard artıq tibbi müayinədən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün Budapeştə yollanıb.

Əldə etdiyimiz məlumata görə, "Qarabağ" müqaviləsi mövsümün sonunda başa çatacaq 25 yaşlı futbolçunun transferindən qazanclı çıxıb. Macarıstan təmsilçisi forvarda görə Ağdam təmsilçisinə 300 min avro ödəyib.

Qeyd edək ki, Ovusu Kvabena 2020-ci ildən “Qarabağ”da çıxış edirdi.

Heybət