Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını Xankəndinə buraxılmır -

Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 yük avtomobili ərzaq yükünün Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçməsi barədə məlumat vermişdik.

Trend-in əldə etdiyi məlumata görə, Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının bu gün səhər saatlarından etibarən Ağdama, oradan isə Əsgərana daxil olmasının təmin ediləcəyi gözlənilirdi. Lakin hələ də Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının Əsgərana daxil olması təmin edilməyib.

Rusiya Qızıl Xaçının ərzaq maşını hazırda Bərdədə dayanıb. Bu maşın Ağdam-Xankəndi yolu ilə Xankəndinə hərəkət etməli olduğu halda, hələ də hərəkət etmir.

Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün, göndərdiyi ərzaq dolu TIR-ın Xankəndinə keçidi gecikir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xankəndində yaşayan erməni əsilli ailələr üçün nəzərdə tutulan yardımın bu gün saat 10 radələrində Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da TIR hələ ki, Bərdə rayonunda dayanır. TIR - ın keçidinin ləngiməsinə səbəb bir tərəfdən Qarabağdakı separatçılarının növbəti qeyri-qanuni konstruktiv mövqeyi və həmçinin etibarlı mənbələrdən aldığımız məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsinin və Qərbin, Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqinin nəticəsidir.

Xatırladaq ki, "Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

Milli.Az