Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya: “Türkiyənin bu qərarı ərzaq qiymətlərini artıracaq”

Rusiya Taxıl İttifaqı (RTİ) hesab edir ki, Türkiyənin, gəmilərin P&I sığortası olmadan Bosfor boğazından keçməsini qadağan etmək qərarı qida tədarükünü çətinləşdirə bilər, çünki şirkətlər risk etməyəcək və Rusiya daşıyıcıları ilə əməkdaşlıq etməyəcəklər.

Publika.az xəbər verir ki, bu barədə “İzvestiya” yazır.

“Əgər Türkiyə yalnız müəyyən sığorta növlərinin Bosfor boğazından keçə biləcəyini müəyyən edərsə, bu, bütün Rusiya şirkətlərinə, o cümlədən kənd təsərrüfatı sektoruna dəyən ziyanı xeyli artıracaq. Rusiya Taxıl İttifaqı hesab edir ki, Türkiyənin gəmi sığortası ilə bağlı qərarı ərzaq qiymətlərini artıracaq”, - Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski izah edib.

Qeyd edək ki, dekabrın 1-dən Türkiyə Bosfor və Dardanel boğazlarından keçən neftlə dolu gəmilərə yeni tələblər qoyur. Belə bir tədbir Avropa sanksiyalarının tətbiqindən sonra Rusiya xammalının ticarətini məhdudlaşdıra bilər. Tankerlər sığortaya sahib olduqlarını sübut etməlidirlər. Gəmilər sığorta şirkətindən xüsusi yük və səyahət üçün zəmanət məktubu təqdim etməlidirlər.

Dünyadakı “P&I” tanker donanmasının 95 faizindən çoxu Böyük Britaniya tərəfindən sığortalanıb və dekabrın 5-dən etibarən Rusiya neftini daşıyan gəmilərlə işləməyi dayandıracaq. Rusiya Taxıl İttifaqı güman edir ki, Ankara Qərb sanksiyalarından asılı olmayacaq yeni sığorta şirkəti yarada bilər.

Səxavət