Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya və Belarus yığmaları DÇ-dən kənarlaşdırıldı

Kişi və qadın basketbolçulardan ibarət Rusiya milli komandaları dünya çempionatından kənarlaşdırılıb. Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb.

Analoji sanksiya Belarus yığmalarına da şamil olunub. Hər iki ölkə kollektivlərinin seçmə mərhələlərdəki nəticələri ləğv edilib.

  Qadınlar arasında dünya çempionatı bu il 22 sentyabr-1 oktyabrda Avstraliyada, kişilər arasında mundial isə 2023-cü ildə İndoneziya, Yaponiya və Filippində təşkil olunacaq.

Milli.Az