Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiyalı futbolçular buts tapa bilmirlər – “Adidas” və “Nike”...

“Adidas”, Aleksey Mirançuk istisna olmaqla, bütün rusiyalı futbolçularla müqavilələrə xitam verib.

Publika.az “RB Sport”a istinadla xəbər verir ki, alman brendi “Atalanta”ya məxsus olan, icarə əsasında “Torino”da çıxış edən Mirançuka qarşı müqavilə öhdəliklərini yerinə yetirməkdə davam edir. Buna səbəb isə onun Avropada çıxış etməsidir.

Amma Rusiyada oynayan digər futbolçuların hamısı ilə müqaviləyə xitam verilib. Əvvəllər “Adidas” Denis Qluşakov, Gilerme, Aleksandr Sobolev, İlzat Axmetov, Zelimxan Bakaev və digər rusiyalı futbolçularla əməkdaşlıq edirdi.

Futbolçulardan biri bildirib ki, “Nike” və “Adidas” şirkətlərinin Rusiyadan getməsindən sonra buts çatışmazlığı yaranıb:

“Buts indi qıt məhsuldur. Əvvəllər sponsorlar tərəfindən təmin edilirdisə, indi hər şeyi özünüz almalı olacaqsınız. Problem odur ki, almaq üçün heç bir yer yoxdur. Mən BƏƏ-də az-çox nəsə tapmağı bacardım, amma Türkiyədəki təlim-məşq toplanışında mağazaya getdim və orada yalnız yarıpeşəkar məhsulları satılır”.