Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiyalı idmançıları olimpiadaya niyə buraxmaq olmaz? - Səbəbi açıqlandı

“Rusiya olimpiyaçılarının əhəmiyyətli bir hissəsi Rusiya Mərkəzi Ordu İdman Klubunun üzvləridir, ona görə də bu ölkədən olan idmançıların Olimpiya Oyunlarında iştirakına icazə verilməsi yolverilməzdir”.

Publika.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sosial şəbəkə hesabında yazda. O, fikirlərinə belə aydınlıq gətirib:

"Rusiya Tokio Olimpiadasında 71 medal qazanıb. Onlardan 45-ini MOİK-im üzvü olan idmançılar qazanıb. Vəhşiliklər edən, adam öldürən, zorlayan, talan edən bir ordunun. Məsuliyyətsiz Beynəlxalq Olimpiya Komitəsi (BOK ) onlara ağ bayraq altında yarışlara icazə vermək istəyir”.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Ukraynanın yarışları boykot etməsinə səbəb olsa belə, Rusiya və Belarus idmançılarının beynəlxalq idmana qaytarılması imkanlarını araşdırmaq istədiyini söyləyib. Bundan sonra Ukrayna prezidenti Volodimir Zelenski aparıcı beynəlxalq idman federasiyalarının prezidentlərinə məktub göndərərək, onları rusiyalı idmançıları beynəlxalq yarışlara qaytarmaq istəyən BOK-la bağlı qərar verməyə çağırıb.

Qeyd edək ki, 2020-ci ildə Rusiya idmançıları dövlət tərəfindən maliyyələşdirilən təşkilatın dopinq nəticələrini ört-basdır etdiyinə görə bu ölkənin qlobal idman yarışlarında iştirakına qoyulan qadağandan sonra Tokioda Yay Olimpiya Oyunlarında milli bayraq altında çıxış edə bilməyiblər. Onlar Olimpiadada Rusiya Olimpiya Komitəsini təmsil edən komanda kimi yarışıblar.

Heybət