Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Səfir Türkiyəyə gedəcək ruslara bu tövsiyələri verdi: spirtli içki qəbul etdiyiniz...

Türkiyəyə tətil planlaşdıran ruslar fevral ayında baş verən zəlzələdən sonra həmin bölgələrdə diqqətli olmalıdırlar.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov bildirib.

"Biz tövsiyə edirik ki, turistlərimiz sığorta almağı unutmasınlar. Çünki bu, bir çox problemlərin yaşanmasının qarşısını almaqda yardımçı olacaq. Bu il yaz sərin idi, lakin adətən Türkiyənin cənubunda iyul və avqust aylarında çox isti olur. Bu da xroniki xəstəliklərin, ilk növbədə ürək-damar xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər".

Yerxov qeyd edib ki, istirahət edənlər dənizdə, hovuzda və yollarda daha diqqətli olmalı, uşaqlara nəzarət etməyi unutmamalıdırlar.

“Təbii ki, turistlərimiz həmişə olduğu kimi, hər bir ölkənin qanunlarına və adət-ənənələrinə riayət etsinlər, xüsusən də spirtli içki qəbul etdikləri yerlərdə mübahisə və münaqişələrdən qaçsınlar".

Ayşən