Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Səfirliyimizə hücumla bağlı məqalə “Vikipediya"nın ingilis dili bölməsində ana səhifəyə yerləşdirilib

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş xain terror aktı dünyanın ən böyük informasiya resurslarından biri olan “Vikipediya”da da əks olunub.

Bu barədə Publika.az-a Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

O bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə hücum haqqında məqalə “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Ayxan Zayıdzadənin və Qulamhüseyn Məmmədovun səyi ilə tam formada genişləndirilib, ingilisdilli “Vikipediya”nın hər gün dünyanın müxtəlif yerlərindən yüz minlərlə oxucunun daxil olduğu ana səhifəsinə yerləşdirilib.

Məqalədə ingilisdilli oxuculara terror aktı barədə geniş və ətraflı məlumat verilib.