Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Sabirabadda səkkiz yaşlı uşaq qətlə yetirilib?

Sabirabadda meyiti tapılan 8 yaşlı uşağın əmisi danışıb.

Publika.az xəbər verir ki, Səyyub Cəfərov qeyd edib ki, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət meyiti tapılan gün saat 13:00-a qədər məktəbdə olub.

“Daha sonra əmim gilə oynamaq üçün gəlib. Əmim heyvanları otlamağa aparanda, uşağın yolun qırağında uzandığını görüb. İlk öncə uzandığını düşünüb, daha sonra öldüyünü anlayıb. Heç bir xəstəliyi olmayıb. Bugünədək dərman belə içməyib. Bizim heç kimlə düşmənçiliyimiz yoxdur. Sadəcə öyrənmək istəyirəm, bəlkə kimsə düşmənçilik etmək istəyir”, - deyə S.Cəfərov qeyd edib.

Daha ətraflı "Baku" TV-nin süjetində:

xxx

Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb.

Publika.az xəbər verir ki, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət Əlisəfa oğlunun meyiti yol kənarında aşkar edilib. Azyaşlının naməlum avtomobil tərəfindən vurulduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.