Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Slovakiya - Azərbaycan matçının stadionu açıqlandı

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçirəcəyi oyunun stadionu bəlli olub. Milli.Az matc.az-a istinadən bildirir ki, görüş Trnava şəhərindəki Anton Malatinski stadionunda baş tutacaq. 

Bu barədə Slovakiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Sentyabrın 22-də təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

  Azərbaycan millisi UEFA Millətlər Liqasındakı ilk oyununu iyunun 3-də səfərdə Qazaxıstana qarşı keçirəcək.

Milli.Az