Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Sosial şəbəkədə tanış olduğu həkim qızın başına oyun açdı

Sosial şəbəkədə tanış olduğu həkim qızın başına oyun açdı

38 yaşlı Anar adlı azərbaycanlının onlayn sevgi macərası faciə ilə bitib. 

Day.Az lent.az-a istinadən xəbər verir ki, əslən Xabarovsk şəhərindən olan 30 yaşlı uşaq həkimi olan Leyla ilə tanış olan Anar, onunla "whatsap"la yazışmağa başlayıb. 

Onların münasibəti bir müddət sonra daha da irəliləyib. Amma zaman keçdikcə qadın bu münasibətə son qoymaq qərarına gəlib. Anarın təkidlərinə baxmayaraq, Leyla adlı qadın əlaqələri kəsmək istəyib. 

Ötən ilin oktyabrında Anar Azərbaycandan Xabarovskiyə gedib. Leylanın işlədiyi 1 saylı uşaq şəhər poliklinikasını tapıb və onu gözləməyə başlayıb. Leyla işə gələndə ona yaxınlaşaraq onu çox sevdiyini və münasibətləri bərpa etməyi xahiş edib. Qadın isə qəti şəkildə yox deyib. 

Belə olan halda Anar onun telefonunu zorla əlindən alaraq başqa bir kişiylə yazışıb yazışmamasını öyrənmək istəyib. Leyla müqavimət göstərdikdə isə Anar iki dəfə ona bıçaqla zərbə vurub. Zərbələr ölümcül olmayıb.

Xabarovsk vilayət məhkəməsinin qərarı ilə Anar 6.6 il müddətində azadlıqdan məhrum edilib.