Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Stoltenberq: “Ukraynanın müharibədə qələbəsi onun NATO-ya üzv olması üçün ilkin şərtdir”

“Ukraynanın müharibədə qələbəsi onun NATO-ya üzv olması üçün ilkin şərtdir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın NATO üzvlüyünə layiq olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, qarşıda duran vəzifə Ukraynanın Avropada suveren, müstəqil demokratik dövlət kimi qalib gəlməsidir. “Bunun üçün biz mümkün qədər Ukraynaya hərbi, iqtisadi, maliyyə və humanitar dəstəyi səfərbər etməliyik. Əgər Ukrayna müstəqil suveren dövlət kimi qalib gəlməsə, təbii ki, üzvlükdən ümumiyyətlə, söhbət gedə bilməz. Ukraynanın masada olmasının ilkin şərti onun qələbəsidir...

Biz “heç bir şeylə” “tam üzvlük” arasındakı fərqi də başa düşməliyik. Bu o deməkdir ki, biz daha sıx tərəfdaşlığı inkişaf etdirməliyik. Bu, Ukraynanın üzvlüyə yaxınlaşmasına kömək edəcək. Ona görə də mən hesab edirəm ki, indi addım-addım irəliləmək vacibdir. Ən vacib və təxirəsalınmaz addım isə Ukraynanın qələbəsinə nail olmaqdır və biz bunu edirik”,-deyə NATO Baş katibi qeyd edib.

Musavat.com